"Qarabağ"ın rəqibi Bakıya nə vaxt gələcək?

"Qarabağ"ın rəqibi Bakıya nə vaxt gələcək?

"Sileks"in Çempionlar Liqasının 1-ci təsnifar mərhələsində "Qarabağ"la görüşlə əlaqədar Bakıya səfər planı müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Şimalı Makedoniya təmsilçisi avqustun 17-i səhər saatlarında çarter reysi ilə Bakıya yola düşəcək. Elə həmin günün axşamı komanda Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.

"Sileks" avqustun 18-i saat 20:00-da başlayacaq qarşılaşma bitdikdən dərhal sonra Azərbaycanı tərk edəcək.

Milli.Az

Mənbə: news.milli.az