Avqustun 27-də Sumqayıt şəhərində tarixi hadisəgerçəkləşəcək.
Sport7.az xəbər verir ki, əvvəllər bu şəhərdə müxtəlifbeynəlxalq oyunlar keçirilsə də, Sumqayıtı təmsil edən komanda ilk dəfəavrokubok qarşılaşmasına çıxacaq.
Bu şərəfə "Gənclik şəhəri”nin eyniadlı təmsilçisiAzərbaycan Premyer Liqasında 4-cü pilləni tutmaqla nail olub.
Artıq "Sumqayıt”ın Avropa Liqasının I təsnifat mərhələsindəkirəqibi də bəllidi. "Sumqayıt" bu tarixi görüşdə Şimali Makedoniyanı təmsiledən "Şkendiya” komandasını qəbul edəcək.
Qarşılaşmanın start fiti avqustun 27-də saat21:00-da səslənəcək.
Qeyd edək ki, həmin gün "Keşlə” – "Laçi”ni, "Neftçi”isə "Şkupi"ni qəbul edəcək. "Keşlə”nin oyunu "Sumqayıt”la eynisaatdadısa, "Neftçi” – "Şkupi” qarşılaşması bir saat tez başlayacaq.
Mənbə: sport7.az