Millimizin baş məşqçisi Canni De Byazi yığmaların məşqini izləyib

Millimizin baş məşqçisi Canni De Byazi yığmaların məşqini izləyib

Bakı, 12 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi avqustun 12-də “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində olub.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, baş məşqçi 19 və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının məşqini izləyib.

Mənbə: azertag.az