İsveçrə DÇ-2020-dən imtina etdi

İsveçrə DÇ-2020-dən imtina etdi

İsveçrə sentyabrın 20-27-də Eql-Martinyi şəhərlərində keçirilməli olan şose velosipedi üzrə dünya çempionatından imtina edib.

Sport7.az xəbər verir ki, buna hökumətin COVİD-19 pandemiyası səbəbindən kütləvi tədbirlərin təşkilinə qoyulan qadağanı sentyabrın 30-dək uzatması səbəb olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) az əvvəl yaydığı açıqlamada deyilir ki, artıq qurum DÇ-2020-ni qəbul etmək istəyən yeni ev sahibi axtarışlarına başlayıb. Həmin ölkə Avropanı təmsil etməli və yarışı əvvəldən nəzərdə tutulduğu kimi məhz 20-27 sentyabr tarixlərində təşkil etməlidir. UCI yeni ev sahibi ölkənin adının avqustun 31-dək açıqlanacağını bildirib.

Dünya çempionatında müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının da iştirakı nəzərdə tutulur və bu məqsədlə velospedçilərimiz bu gündən etibarən Tovuz rayonunda təlim-məşq toplanışına başlayıblar.

Sport7.az

Mənbə: sport7.az