"Qarabağ" - "Sileks" oyunu ukraynalılara tapşırıldı

"Qarabağ" - "Sileks" oyunu ukraynalılara tapşırıldı

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" (Şimali Makedoniya) matçının təyinatları bəlli olub.

Fanat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Yaroslav Kozıka yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Anatoli Abdulla yerinə yetirəcək. Hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Bakıda gerçəkləşəcək və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.

Mənbə: www.fanat.az