Azərbaycanlı futbolçu Çexiyada qol vurdu, pas verdi, penalti aldı

Azərbaycanlı futbolçu Çexiyada qol vurdu, pas verdi, penalti aldı

Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya Jijkov" Çexiyada növbəti yoxlama oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, "Yihlava" ilə qarşılaşan komanda 3:1 hesablı qələbə qazanıb.

Fərid bu görüşün iştirakçısı olub. O, 14-cü dəqiqədə matçda hesabı açıb. Digər qollarda da 21 yaşlı futbolçunun əməyi olub. Yarımmüdafiəçi komandasına penalti qazandırıb, digər qolun ötürməsini verib.

Mənbə: yenisabah.az