AFFA Xetaqurovu unutmayıb

AFFA Xetaqurovu unutmayıb

Artıq məlumatınız var ki, dünən Azərbaycanın ƏməkdarHəkimi Boris Xetaqurov özünün 80 illik yubileyini qeyd etdi.

Yubiliyarın şərəfinə bir çox təbriklər yazıldı. Buprosesə Xetaqurovun ömrünün böyük hissəsini sərf etdiyi, futbolçularınınsağlamlığının qeydinə qaldığı "Neftçi” də qoşuldu. "Ağ-qaralar” rəsmi "Feysbuk”səhifəsindən səbəbkarı təbrik etmişdilər. AFFA-nın nə rəsmi saytda, nə dəsosial şəbəkələrdəki səhifələrdə Xetaqurovu xatırlamaması narahatçılıq doğurdu.Elə bir təsəvvür yarandı ki, AFFA illərini Azərbaycan futboluna vermiş BorisXetaqurovu unudub.

Məsələ ilə bağlı Sport7.az-da yazı dərc edilmişdi.Amma AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri FiruzAbdulla hər hansı bir unutqanlığın olmadığını bildirib. AFFA rəsmisi "Sport24.az”saytına açıqlamasında bunları deyib: "Boris Xetaqurovun yubileyini unuda bilməzdik.Dünən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Boris Naneyeviçlə telefonəlaqəsi saxlayıb, assosiasiya adından ona təbrikləri çatdırıb. Məmmədovyubilyara milli komandanın forması və AFFA-nın digər simvolikalarını əks etdirənhədiyyələrin olduğunu, lakin karantin qaydalarına əsasən, nisbətən yaşlıinsanların gediş-gəlişi bir qədər problemli olması səbəbindən onu inzibatibinaya dəvət edə bilmədiklərini diqqətinə çatdırıb. Xetaqurova hədiyyələriyaşadığı ünvana çatdırmaq təklif olunub. Futbol həkimimiz hazırda Bakıkənarıbağında olduğunu bildirərək, qarşıdakı günlərdə evə qayıtdıqdan sonra AFFA-yla əlaqəsaxlayacağını bildirib. Bundan sonra Boris Naneyeviçin hədiyyələri ünvanınaçatdırılacaq. Bir daha təkrar edirəm, Xetaqurovu unutmağımız qeyri-mümkündü”.

 

Bu açıqlamadan sonra Firuz Abdulla ilə biz də əlaqə saxladıq. Firuz bəy tezliklə tanınmış həkimin hədiyyələrinin ona çatdırılacağını, dünən də özüylə bu barədə razılığa gəlindiyini bizə bildirdi.

Sport7.az
 

Mənbə: sport7.az