Ronaldo qalır

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo komandada qalmaq niyyətindədir.

Qol.az AS-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçununun agentinin ona yüksək maaş müqabilində “Barselona”ya təklif etdiyi haqda məlumatlar yayılıb. 35 yaşlı futbolçunun yaxınları isə bu xəbərləri təkzib edib. Onlar Ronaldo və ailəsinin Turində xoşbəxt olduğunu və oyunçunun müqaviləsinin müddəti bitənədək - 2022-ci ilin yayına kimi “Yuventus”da qalmaq istədiyini bildiriblər.

Qeyd edək ki, K.Ronaldonun PSJ-yə transfer olunacağı barədə də xəbərlər yayılmışdı.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"İki ildir ki, məni yox etməyə çalışanlar var" - Özil

SONRAKI XƏBƏR

“Mənzil və kirayə bazarında SON DURUM... – Ucuzlaşır?!