Çempionlar liqasında 1/4 final həyəcanı: “RB Leypsiq” – “Atletiko Madrid”

Çempionlar liqasında 1/4 final həyəcanı: “RB Leypsiq” – “Atletiko Madrid”

Bu gecə Çempionlar liqasının 1/4 final mərhələsi çərçivəsində Lissabon şəhərində Almaniyanın “Leypsiq” klubu İspaniya “Atletiko”sunu qəbul edəcək. Oyun Xose Alvalado stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu baş hakim Simon Marçiniyakın baş çılıq etdiyi polşalı hakimlər briqadası idarə edəcək.

Son 5 oyunda “Leypsiq” 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə üzləşib. “Atletiko Madrid”in isə son 5 oyuna 3 qələbə və 2 heç-heçəsi var.

“Atletiko Madrid” bu oyunda zədə səbəbi ilə Sime Vrsalko və Anxel Korreanın xidmətlərindən yararlana bilməyəcək, Tomas Partinin oyunda iştrakı isə sual altındadır.

“Leypsiq”in heyətində heç bir itki yoxdur.

Almaniya təmsilçisi Çempionlar Liqasında 14 matçda, 7 qələbə, 3 heç-heçə və 4 məğlubiyyəti var. Bu göstərici “Leypsiq”in növbəti raunda irəliləmək imkanı olduğunu sübut edir.

“Atletiko Madrid” ev oyunlarında daha yaxşı təsir bağışlayır. Onların son 18 ev oyununda yalnız 5 məğlubiyyətləri var.

Mənbə: qazet.az