Kiyev "Dinamo"su İtaliya klubuna "qiymət oxudu"

Kiyev "Dinamo"su İtaliya klubuna "qiymət oxudu"

"Napoli" Kiyev "Dinamo"sunun və Ukrayna millisinin 21 yaşlı müdafiəçisi Vitali Mikolenko ilə maraqlanır.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya təmsilçisi müdafiənin sol cinahında rəqabət yaratmaq istəyir.

"Napoli" Ukrayna klubuna 10 milyon avro təklif etsə də, qarşı tərəf oyunçusunu bu məbləğə satmağa razılaşmayıb. Kiyevlilər Mikolenkonu 35 milyon avro qarşılığında buraxa biləcəklərini bildiriblər.Neapol təmsilçisinin alternativ variantı da var - Serxio Regilon. Hərçənd Madrid "Real"ı da Regilon üçün 25 milyon avro tələb etdiyindən indilik bu məsələ də açıq qalır.

Qeyd edək ki, Mikolenko "Dinamo"nun öz yetirməsidi. Müqaviləsinin müddəti 2023-cü ilin yayında bitəcək gənc müdafiəçi son mövsümdə 23 çempionat matçında forma geyinib, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.Az

Mənbə: fanat.az