DƏHŞƏT! 400 kq ağırlığı qaldırarkən canlı yayımda dizləri qırıldı - VİDEO

Rusiyada keçirilən ağırlıqqaldırma yarışı zamanı dəhşətli hadisə baş verib.

Fanat.Az xəbər verir ki, paytaxt Moskvada "World Raw Powerlifting Federation" (WRPF) tərəfindən keçirilən Avropa çempionatında ağır atleti Aleksandr Sedixin 400 kq ağırlıq qaldırma zamanı canlı yayımda dizləri qırılıb.

Sosial mediada paylaşılan görüntülərdə idmançının ağırlığı qaldırmağa çalışarkən dizlərinin büküldüyü görünür. Bu zaman gənc idmançı acıyla qışqırmağa başlayır.

Olaydan dərhal sonra xəstəxanaya aparılan Sedix ən azı 2 ay yataq şəraitində müalicə olunacaq və sonra fiziki müalicə kursu keçəcək.

Fanat.Az

 

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Şəkərli diabetdən qorunmanın yolları

SONRAKI XƏBƏR

Aldanmış əmanətçilərin problemi yoluna qoyulacaqmı? - GƏLİŞMƏ