“Onların düşüncəsi “Qarabağ”la oyundadır”

“Onların düşüncəsi “Qarabağ”la oyundadır”

 

Şimali Makedoniya çempionatının ikinci turunda “Qarabağ”ın Çempionlar Liqası təsnifat mərhələsindəki rəqibi “Sileks” evdə “Pelister”lə qarşılaşacaq. “Qafqazinfo” xəbər verir ki, qonaq komandanın baş məşqçi Zoran Sterjovski görüş öncəsi mətbuata açıqlama verib.

Vaxtı ilə “Sileks”in də çalışdıran mütəxəssis sabiq komandasının Ağdam təmsilçisi ilə duelindən yararlanmaq niyyətində olduqlarını vurğulayıb:

““Sileks” yaxşı komandadır. Kollektiv mübarizə aparmağı bacarırlar. Onlarla görşümüz çətin olacaq. Ancaq rəqibin Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”la görüşü var. Bundan istifadə etmək lazımdır. Çünki onların düşüncəsi həmin oyundadır. Mənə maraqlı olan “Pelister”in bu qarşılaşmada hansı nəticəni qazanmasıdır. Səfərə qələbə üçün gedirik”.

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu 20:00-da start götürəcək.

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi

Mənbə: qafqazinfo.az