Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin mərkəzi qarşılaşması oynanılacaq

 

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 14-də qitənin ən nüfuzlu klub turnirinin – UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin mərkəzi oyununda “Barselona” və “Bavariya” klubları üz-üzə gələcəklər.

AZƏRTAC xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı “Eştadiu da Luş” stadionunda baş tutacaq qarşılaşmanı sloveniyalı referi Damir Skomina idarə edəcək.

“Barselona” bu oyuna üç itki ilə çıxacaq. Kataloniya təmsilçisinin heyətində Samuel Umtiti, Jan-Kler Todibo və Daniel Morer komandaya kömək edə bilməyəcəklər. “Bavariya”da isə müdafiəçi Benjamin Pavard zədə üzündən oyunu buraxmalı olacaq.

Bu oyunun qalibi yarımfinalda “Mançester Siti” – “Olimpik Lion” görüşündə qələbə qazanan komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının cari mövsümünün iki yarımfinalçısı artıq məlumdur. İtaliyanın “Atalanta” klubunu mübarizədən kənarlaşdıran “Paris Sen-Jermen” və “Atletiko Madrid”ə qalib gələn “Leyptsiq” klubu növbəti mərhələyə vəsiqə qazanıblar.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Könüllü şəkildə bazarı tərk etmək istəyən “Rəvan Sığorta” 5 milyon manata yaxın zərər açıqladı

SONRAKI XƏBƏR

Koronavirusa qarşı "möcüzəvi dərman" adıyla satdı-7 nəfər ÖLDÜ-VİDEO