"Gələn il üçün planımız yoxdur" - UEFA prezidenti

"Gələn il üçün planımız yoxdur" - UEFA prezidenti

UEFA prezidenti Aleksander Çeferin növbəti mövsümdə Çempionlar Liqasında "8-lər finalı"nın gerçəkləşmə ehtimalına münasibət bildirib.

Fanat.az xəbər verir ki, o, bu barədə AFP-yə danışıb.

Sloveniyalı funksioner gələcəkdə belə turnirin maraqlı ola biləcəyini qeyd edib: "Amma bunu edə biləcəyimizi düşünmürəm. Çünki təqvim sıxdır və daxili çempionatları nəzərə almalıyıq. Mən optimistəm və düşünürəm ki, gələn il hər şey daha yaxşı olacaq. Normal və azarkeşlərin iştirak etdiyi köhnə futbola qayıda bilərik. Gələn il eyni müsabiqəni keçirmək üçün planımız yoxdur".

Qeyd edək ki, Çempionlar Liqasının matçları 1/4 finaldan etibarən Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçirilir.

 

Fanat.az

Mənbə: fanat.az