Azərbaycan çempionatı: "Neftçi" öndə, "Qarabağ" bir addımlığında

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümü sayca 29-cu ölkə çempionatı olacaq.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 1992-ci ildən keçirilən turnirin əvvəlki 28 mövsümündən ikisi yaz-payız, digərləri payız-yaz sistemi ilə keçirilib. Biri başa çatmayan 28 mövsümdə ümumilikdə 60 komanda oynayıb. Qarşıdakı mövsümdə debütant olmayacağından bu rəqəm dəyişməyəcək.

60 iştirakçıdan yalnız ikisi bütün çempionatlarda mübarizə aparıb. Bunlar "Neftçi” və "Qarabağ”dı. Ölkə çempionatları tarixinin ümumi cədvəlinə başçılıq edən bakılılar ötən mövsümün gedişində zirvəni əldən versə də, yenə Ağdam təmsilçisindən 1 xal öndə qərarlaşıb. 3-cü pillədə "Keşlə”, 4-cü sırada "Kəpəz”, 5-ci isə "Turan”dı.

 

 

1. Qələbəyə görə 3 xal prinsipi ilə hesablanıb.

2. Qızıl oyunlar, həmçinin yarımfinal və final oyununun keçirildiyi matçların nəticələri cədvələ daxildir. Penaltilər seriyası nəzərə alınmayıb.

3. Texniki nəticələr top fərqinə daxil edilməyib.

4. Hər hansı komandanın çempionatdan çıxdığı üçün ləğv olunan nəticələr, həmçinin digər səbəblərdən qeydə alınmayan hesablar cədvəldə əks olunmayıb.

5. Yalnız 1992-ci ildə "Gənclik” çempionatdan çıxanda bu prinsipə əməl olunmayıb. Həmin vaxt mövsüm boyu bütün oyunlarında texniki məğlubiyyət verilib.

6. Yarımçıq qalan 2001/02 mövsümü çempionat dayandırılana qədər olan göstəricilər nəzərə alınıb.

7. Bir çox komandalar Premyer Liqada (güclülər dəstəsində) müxtəlif adlar altında çıxış edib: "ANS Pivani” ("Bakı fəhləsi”, "Nicat”), "Bakı” ("Dinamo-Bakılı”, "Dinamo”, "Polis Akademiyası”), "Kəpəz” ("Gəncə”), "Kür” ("Kür-Nur”), "Muğan” (NBC), MOİK (OİK), AZAL ("Olimpik-Şüvəlan”, "Olimpik”), "Pambıqçı” Br ("Qarabağ”), "Qarabağ” ("Qarabağ-Azərsun”), "Qəbələ” ("Gilan”), "Şahdağ” ("Neftqaz”, "Şahdağ-Samur”), "Neftqaz” ("Dalğıc ADNŞ”), "Şəfa” (Azərbaycan U-18), "Xəzər” S ("Sumqayıt”, "Kimyaçı”), "Azneftyağ” ("Tərəqqi”), "Ümid” ("Təfəkkür Universiteti”), "Keşlə” ("Xəzər Universiteti”, "İnter”), "Xəzri” ("Xəzri-Eltac”), "Sumqayıt” ("Sumqayıt Şəhər”)

8. "Standard” əvvəl Bakını, sonra Sumqayıtı təmsil edib.

9. B – Bakı, Br – Bərdə, C – Cəlilabad, İ – İmişli, K – Kürdəmir, L – Lənkəran, M – Mingəçevir, N – Neftçala, Nv – Nəvahi, Qb – Quba, Qs – Qusar, S – Sumqayıt, Sb – Sabirabad, Sl – Salyan, Ş - Şamaxı

Fanat.Az

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Sürücünün telefonunu belə oğurladılar

SONRAKI XƏBƏR

Rusiyadan COVİD-19 peyvəndini ilk olaraq bu ölkə alacaq