“Qəbələ”nin hücumçusu 3000 dolları bəyənmir

“Qəbələ”nin hücumçusu 3000 dolları bəyənmir

Bu ilin əvvəlində “Qəbələ“yə gələn Rodriqo Qattas müqaviləsini uzadıb.

Yenilənən anlaşmaya əsasən, çilili hücumçu gələn ilin yayınadək qırmızı-qara formanı geyinməlidir. Amma…

Yenisabah.az xəbər verir ki, 29 yaşlı cənubi amerikalı aylıq qazancından indidən narazılıq etməyə başlayıb. Belə ki, əyalət təmsilçisi ona 3000 dollar maaş təyin edib.

Qattas kontrakta qol çəksə də, müxtəlif menecerlərlə əlaqə saxlayaraq, “Qəbələ“dən getmək istədiyini bildirib və ona başqa komanda tapmalarını xahiş eləyib.

“Union Espanyola”nın yetirməsi olan forvard peşəkar karyerasına da bu komandada başlayıb. 2009-2013-cü illərdə adıçəkilən klubun üzvü olan Rodriqo sonradan vətənində “Union La Kalera” (2013-2014), “Kobreloa” (2014-2015), “Kobresal” (2015), “Santyaqo Morninq” (2016), “Reyncers” (2018) və “Santa Kruz”da (2019) çıxış edib.

Sportninfo.az xatırladır ki, legioner həyatında Fələstinin “Hilal Əl-Qüds” (2016-2017), Uruqvayın “Serro” (2017) klublarında oynamış Qattasın son komandası ötən il şərəfini qoruduğu Kanada təmsilçisi “York9” olub. Rodriqo Çili yığmasının da formasını geyinib. O, 2009-cu ildə ölkəsinin U-20 milli komandasında bir matça çıxıb.

Mənbə: yenisabah.az