“İnter” “Çelsi”nin müdafiəçisi ilə anlaşıb

“İnter” “Çelsi”nin müdafiəçisi ilə anlaşıb

“Çelsi”nin müdafiəçisi Emerson İtaliyaya qayıtmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, sol cinah oyunçusu karyerasını “İnter”də davam etdirməyə çox yaxındır.

Milanlılar artıq həm futbolçunun özü, həm də klubu ilə anlaşma əldə ediblər. Razılığa əsasən bu transfer “zadəganlar”a 22,6 milyon funt-sterlinq qazandıracaq. 26 yaşlı müdafiəçi isə yeni komandası ilə 5 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, 2018-ci ildən “Çelsi”də çıxış edən Emerson ondan əvvəl “Santos”, “Palermo” və “Roma”nın formasını geyinib.

Mənbə: apa.az