"Neftçi"nin son sınağı

"Neftçi"nin son sınağı

Bu gün "Neftçi" komandası yeni mövsüm öncəsi son yoxlama görüşünü keçirəcək.

Fanat.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının və Avropa Liqasının startına hazırlığını davam etdirən paytaxt klubu "Qəbələ"ni sınağa çəkəcək.

"Bakcell Arena"da baş tutacaq qarşılaşma 20:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" Qəbələ toplanışı çərçivəsində "Sumqayıt"a (3:0) qalib gəlib, "Qarabağ" (0:1) və "Sabah"a məğlub olub (2:5). "Qəbələ" isə "Zirə” (0:0), "Səbail” (1:2), "Sumqayıt" (2:1) və "Sabah"la (0:2) görüşlərdə fərqli nəticələr göstərib.

Fanat.az

Mənbə: fanat.az