Çempionlar Liqası 1/4 final: “Barselona” – “Bayern Münhen”

Çempionlar Liqası 1/4 final: “Barselona” – “Bayern Münhen”

Bu gecə Lissabon şəhərinin “Estadio da Luz” stadionunda UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Barselona” klubu “Bayern Münhen”i qəbul edəcək.

Oyun Bakı vaxtı ilə saat 23:00 da başlayacaq. Matçı Damir Skominanın başçılıq etdiyi sloveniyalı hakimlər briqadası idarə edəcək.

“Barselona”nın heyətində Samuel Umtiti zədə səbəbi ilə komandasına kömək edə bilməyəcək. Bundan başqa Usman Dembelenin iştrakı da sual altındadır.

“Bayern Münhen”in heyətində isə yalnız Benjamin Pavar zədə səbəbi ilə meydana çıxa bilməyəcək.

“Barselona” ümumilikdə “Bayern” ilə 10 dəfə qarşılaşıb. “Katalonlar”ın 10 oyundan 2 qalibiyyət, 2 heç-heçə və 6 məğlubiyyəti var.

“Barselona” son 5 oyunundan 4 qələbə və 1 məğlubiyyət ilə ayrılıb.

“Bayern Münheni”n isə son 5 oyuna 5 qələbəsi var.

Mənbə: qazet.az