Əfsanəvi basketbolçunun ayaqqabıları fantastik qiymətə satıldı

Əfsanəvi basketbolçunun ayaqqabıları fantastik qiymətə satıldı

Amerika Basketbol Liqasının (NBA) əfsanəvi basketbolçusu Maykl Cordanın auksiona çıxarılan ayaqqabısı 615 min dollara satılıb.

Avropa.info xəbər verir ki, Cordanın 1985-ci ildə “Çikaqo Buls” forması ilə İtaliyada hazırlıq matçında geydiyi ayaqqabı “Christie's” adlı auksion şirkətinin internet səhifəsində satışa çıxarılıb.

Sabiq basketbolçu həmin matçda basketbol səbətinin şüşəsini qırmaqla yadda qalıb. Cordanın ayaqqabıları hərrac yolu ilə rekord qiymətə satılan ayaqqabı kimi tarixə düşüb.

May ayında Cordanın NBA-nın ilk mövsümündə geydiyi imzalı ayaqqabısı 560 min dollara satılmışdı.

Mənbə: avropa.info