"Qalatasaray" Rayan Donkla bağlı qərarını verdi - RƏSMİ

"Qalatasaray" Rayan Donkla bağlı qərarını verdi - RƏSMİ

“Qalatasaray” müqaviləsinin müddəti başa çatan futbolçusu Rayan Donkla bağlı qərarını verib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Bildirilir ki, niderlandlı oyunçu klubla danışıqlardan sonra maaşında 40 faiz endirim edilməsinə razı olub.

Qeyd edək ki, R.Donk İstanbul təmsilçisinə 2016-ci ildə “Kasımpaşa”dan keçib.

Mənbə: qol.az