Türkiyənin daha bir klubunda koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyənin daha bir klubunda koronavirusa yoluxma faktı qeydə alındı

“Trabzonspor” klubunda bir nəfər koronavirus infeksiyasına yoluxub.

Offsideplus.az xəbər verir ki, bir futbolçunun koronavirus testi pozitiv nəticələnib. Virusa yoluxan şəxsin adı açıqlanmayıb.

Karantinə alınan futbolçunun müalicəsinə start verilib.

Mənbə: offsideplus.az