ÇL: Son 15 ildə ilk dəfə Ronaldu və Messisiz...

ÇL: Son 15 ildə ilk dəfə Ronaldu və Messisiz...

2004/2005 mövsümündən bəri ilk dəfə Çempionlar Liqasının yarımfinalı Kriştianu Ronaldu və Lionel Messisiz keçiriləcək.

Fanat.Az xəbər verir ki, dünya futbolunun superulduzları həmin vaxtdan dünyanın ən mötəbər klub turnirinin bütün yarımfinallarında top qovublar.

Qeyd edək ki, Çl-in yarımfinallarından birində PSJ "Layptsiq"lə üz-üzə gələcəksə, digər matçda "Bavariya" "Mançester Siti" - "Lion" cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Fanat.Az

Mənbə: www.fanat.az