Messi və Ronaldosuz yarımfinal

Messi və Ronaldosuz yarımfinal

Çempionlar Liqasının yarımfinalında bu mövsüm nə Lionel Messi, nə də Kriştiano Ronaldo oynayacaq.

Qol.az xəbər verir ki, "Yuventus"un 1/8 finalda "Lion" səddini keçə bilməyərək mübarizəni dayandırmasından sonra "Barselona" da "Bavariya"ya 2:8 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Bununla da, hər iki oyunçunun klubu ÇL-də bu mövsüm üçün çıxışını başa vurub.
"Sky Sports" yazıb ki, beləliklə, 2005/2006 mövsümündən bəri ilk dəfə nə Messi, nə Ronaldo ÇL-in yarımfinalında oynayacaq.

Mənbə: qol.az