“Bavariya”-“Barselona” oyununun ən yaxşı futbolçusu müəyyənləşib

“Bavariya”-“Barselona” oyununun ən yaxşı futbolçusu müəyyənləşib

Bakı, 15 avqust, Nicat Məmmədov, AZƏRTAC

UEFA “Bavariya” (Almaniya)-“Barselona” (İspaniya) oyununun ən yaxşı futbolçusunun adını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu ada münxenlilərin futbolçusu Tomas Müller layiq görülüb. Otuz yaşlı forvard 8:2 hesablı qələbədə 90 dəqiqə meydanda olub, iki qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: azertag.az