“Barselona”nın baş məşqçisi o ola bilər

“Barselona”nın baş məşqçisi o ola bilər

Maurisio Poçettinonun “Barselona” klubunun baş məşqçisi olması ehtimalı yüksəkdir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, kataloniyalıların indiki baş məşqçisi Kike Setyen 2020-ci ilin yanvar ayından tutduğu postu yaxın zamanda tərk etməyə məcburdur.

Onu bundan əvvəl Londonun “Tottenhem” klubunu çalışdıran argentinalı əvəzləyəcək. Qeyd edilir ki, klubun aparıcı oyunçuları da yeni baş məşqçi gətirilməsinin tərəfdarıdır.

Qeyd edək ki, “Bavariya” Çempionlar liqasının ¼ mərhələsinin oyununda “Barselona”nı darmadağın (8:2) edib.

 

 

Mənbə: lent.az