"Barselona"nın paltardəyişmə otağından şəkli yayıldı

"Barselona"nın paltardəyişmə otağından şəkli yayıldı

“Barselona”nın kapitanı Lionel Messi və qapıçısı Ter Şteqenin Çempionlar Liqasının 1/ 4 finalında “Bavariya” ilə matçının (2:8) fasiləsi zamanı paltardəyişmə otağında çəkilən fotosu yayılıb.
Qol.az xəbər verir ki, "Barselona" fasiləyə 1:4 hesabı ilə məğlub yollanıb. Fotoda Messi və Ter Şteqenin məyus olduğu görünür.

Qeyd edək ki, “Barselona” bu oyunla Çempionlar Liqasındakı mübarizəsini başa vurub.



Yuxarı

Mənbə: qol.az