Taekvondo millimiz Tofiq Bəhramov adına Respublika Stadionunda məşqlərə başlayacaq

Taekvondo millimiz Tofiq Bəhramov adına Respublika Stadionunda məşqlərə başlayacaq

 

“Bu ilin sonunadək Ümumdünya Taekvondo Federasiyasının (WT) yarışı yoxdur. Düzdür, sentyabrda Polşa, Rusiya və Estoniyada açıq çempionatlar var. Ancaq onların keçirilib-keçirilməməsi barədə hələlik rəsmi qərar yoxdur”.

Bunu Oxu.Az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev məlumat verib.

Keçmiş dünya və Avropa çempionu Tofiq Bəhramov adına Respublika Stadionunda məşqlərə başlayacaqlarını bildirib:

“İlin sonunadək hər hansısa yarışda iştirak etməyəcəyimizlə bağlı qərar verməmişik. Ancaq bilirsiniz ki, ölkədən giriş-çıxış məsələsi hələ çətindir, ölkədə qapalı məkanda məşq etməyə icazə verilməyib.

Komandamız uzun müddətdir ki, heç bir turnirdə iştirak etmir. Biz də istərdik ki, ən azı ilin sonunadək bir beynəlxalq turnirin iştirakçısı olaq.

Bildiyiniz kimi, ölkədə açıq havada məşq etməyə icazə verilib. Biz də bazar ertəsindən etibarən Respublika stadionunda məşq edəcəyik”.

Qeyd edək ki, beş gün əvvəl oktyabrda Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsi nəzərdə tutulmuş gənclərin dünya çempionatı ləğv olunub. Həmin yarış 2022-ci ildə keçiriləcək. Turnirin məkanı kimi Seneqalın paytaxtı Dakar şəhərinin olması planlaşdırılır.

Həmçinin, noyabrda Meksikada keçirilməsi planlaşdırılan Qran Pri finalı və dekabrda Çində təşkil olunması nəzərdə tutulan Böyük Dəbilqə yarışı barədə qərar oktyabrın 6-da keçiriləcək iclasda qəbul ediləcək.

Səbuhi Musayev

Mənbə: www.oxu.az