Messi “Barselona”nı tərk edə bilər

Messi “Barselona”nı tərk edə bilər

 

“Barselona”nın keçmiş futbolçusu Luis Suares Miramontes Kataloniya klubunda Messinin gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.

Bu barədə “Cadena SER” nəşri məlumat yayıb.

O bildirib ki, Çempionlar Liqasında “Bavariya”ya 2:8 hesablı məğlubiyyət Messinin komandanı tərk etməsi üçün səbəb ola bilər.

“Burada körpəyə (Messi nəzərdə tutulur – red.) irad tutmaq olmaz, çünki belə vəziyyətdə deməyə söz yoxdur. Mən onun əsəbiləşib, getmək qərarına gələcəyi təhlükəsini görürəm”, - deyə keçmiş futbolçu bildirib.

Mənbə: www.oxu.az