İngiltərə Premyer Liqasında mövsümün məşqçisi açıqlanıb

İngiltərə Premyer Liqasında mövsümün məşqçisi açıqlanıb

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı məşqçiləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bununla bağlı seçimi Premyer Liqa rəhbərliyi edib.

Bu ada "Liverpul"a ölkə çempionluğunu qazandıran Yurgen Klopp layiq görülüb. Almaniyalı mütəxəssis həmkarları Frenk Lempard ("Çelsi"), Brendan Rojers ("Lester") və Kris Uaylderi ("Şeffild Yunayted") qabaqlayıb.

Qeyd edək ki, "Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold mövsümün ən yaxşı gənc futbolçusu seçilib.

Mənbə: apa.az