Messi qərarını verdi: Ya o qalacaq, ya da...

Messi qərarını verdi:     Ya o qalacaq, ya da...

"Barselona"nın Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya 2:8 hesablı məğlubiyyətindən sonra klubdaxili vəziyyət bir az da gərginləşib.

Demokrat.az xəbər verir ki, ispan mətbuatı "Barcelona" klubunda rəhbərliyin istefası baş verməyəcəyi, klub daxilində köklü dəyişiklik edilməyəcəyi təqdirdə Lionel Messinin komandadan ayrılacağını yazıb. Ulduz futbolçunun komanda daxilində olanlardan təngə gəldiyi bildirilir.

Qeyd edək ki, "Barselona" İspaniya çempionatını ikinci pillədə tamamladıqdan sonra da Messi komandadan narazılığını dilə gətirmiş, bu cür oyunla Çempionlar Liqasında uğur qazanmağın mümkünsüz olduğunu demişdi.(offsideplus.az)

Mənbə: demokrat.az