"İnter"in transferdəki əsas hədəfi müəyyənləşdi

"İnter"in transferdəki əsas hədəfi müəyyənləşdi

İtaliyanın "İnter" klubunun yay transfer dönəmindəki əsas hədəfi bəlli olub.

"Gazzetta dello Sport" xəbər verir ki, Milan təmsilçisi İngiltərənin "Çelsi" komandasında çıxış edən N Qolo Kanteni heyətinə qatmaq niyyətindədir.

"Zadəganlar" "İnter"in baş məşqçisi Antonio Kontenin maraqlandığı 29 yaşlı yarımmüdafiəçi üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

Bu mövsüm Kante "Çelsi"nin heyətində 22 oyuna 3 qol vurub. O, London klubuna 2016-cı ilin yayında İngiltərə "Lester"indən keçib. Təcrübəli futbolçu Fransanın "Kan" və "Bulon" komandalarında da forma geyinib və ölkə yığmasının heyətində 39 oyuna 1 qol vurub.

Qeyd edək ki, N Qolo Kante "Çelsi" və "Lester"in heyətində İngiltərə çempionu, "zadəganlar"ın heyətində Avropa Liqasının və ölkə kubokunun qalibi, Fransa millisi ilə isə dünya çempionu olub.

Mənbə: xezerxeber.az