"Sumqayıt" klubu yeni transferini açıqladı

"Sumqayıt" klubu yeni transferini açıqladı

“Sumqayıt” daha əvvəl anlaşdığı Qazaxıstanın U-21 millisinin sabiq futbolçusu Kərəm Sultanovun keçidini rəsmiləşdirib.

KONKRET.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 24 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Sultanov yeni komandasında 4 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, K.Sultanov ölkəsində “Ordabası”, “Bayterek”, “Kızıl-Jar” və “Kaspi” klublarının formasını geyinib.

Mənbə: konkret.az