“Barselona”da baş məşqçi dəyişikliyi

“Barselona”da baş məşqçi dəyişikliyi

Son olaraq “Tottenhem”i çalışdıran Maurisio Poçettino yaxın zamanda “Barselona”nın baş məşqçisi ola bilər.

Unikal.org xəbər verir ki, bu barədə “Cadena Sar” nəşri məlumat yayıb. Xəbərdə, argentinalı mütəxəssisin hazırda komandanın baş məşqçisi olan Kike Setyeni əvəzləyəcəyi bildirilir.

“Barselona” klubunun prezidenti Xosep Maria Bartomeu bu həftə Poçettino ilə görüşəcək.

“Barselona”da Çempionlar Liqasında “Bavariya”ya 2:8 hesablı məğlubiyyətdən sonra baş məşqçi Kike Setyenin istefaya göndəriləcəyi gözlənilir.

Mənbə: www.unikal.org