"Messini məğlub etmək əyləncəli idi"

"Messini məğlub etmək əyləncəli idi"

"Bavariya"nın futbolçusu Leon Qoretska Çempionlar Liqasının 1/4 finalında "Barselona"ya 8:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.az xəbər verir ki, "Sky Sports"a danışan 25 yaşlı yarımmüdafiəçi kumiri olan Lionel Messini məğlub etdikləri üçün təəssüflənmədiyini söyləyib:

"Messini məğlub etmək əyləncəli idi. Belə bir matçı sözlə izah etmək çətindir. Düşünürəm ki, bu nəticəni qəbul etmək bir neçə günümüzü alacaq. Özümüzə inamımız çoxdur, ancaq cəmi bir addım atdığımızın fərqindəyik".

 

Mənbə: qol.az