“Mersedes” İspaniya Qran-prisinə dublla başlayır

“Mersedes” İspaniya Qran-prisinə dublla başlayır

F1 üzrə İspaniya Qran-prisinin təsnifat mərhələsi başa çatıb.

Offsideplus.az xəbər verir ki, Barselona-Katalunya trekində baş tutan təsnifat mərhələsində ilk pilləni “Mersedes” pilotu Lüis Hemilton tutub. Komanda yoldaşı Valteri Bottas ikinci, ötən yarışın qalibi Maks Verstappen isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, təsnifat mərhələsinin üçüncü hissəsi Esteban Okonun divara dəyərək qəza törətməsi nəticəsində 2 dəqiqə erkən başa çatıb.

Sabah Bakı vaxtı ilə saat 17:10-da baş tutacaq yarışa pilotlar bu sıralama ilə başlayacaqlar:

1. Lüis Hemilton
2. Valterri Bottas
3. Maks Verstappen
4. Karlos Sainz
5. Serxio Perez
6. Şarl Lekler
7. Pier Qasli
8. Lans Stroll
9. Aleksandr Albon
10. Daniel Rikkardo
11. Esteban Okon
12. Sebastian Fettel
13. Roman Qrojan
14. Kimi Raykkonen
15. Lando Norris
16. Danil Kvyat
17. Kevin Maqnusen
18. Antonio Covinazze
19. Corc Rassl
20. Nikolas Latifi

Mənbə: offsideplus.az