"Trabzonspor"un futbolçusu koronavirusa yoluxdu

"Trabzonspor"un futbolçusu koronavirusa yoluxdu

"Trabzonspor"da bir futbolçuda koronavirus aşkarlanıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bir oyunçunun koronavirus testinin müsbət çıxdığı bildirilib. Həmin futbolçunun adı açıqlanmayıb.

Onun karantinə alındığı və müalicəsinə başlanıldığı vurğulanıb.

Mənbə: qol.az