"Barsa" Poçettino və daha bir neçə məşqçi ilə danışıq aparır - ADLAR

"Barsa" Poçettino və daha bir neçə məşqçi ilə danışıq aparır - ADLAR

"Tottenhem"in sabiq çalışdırıcısı Maurisio Poçettino "Barselona"nın baş məşqçi postuna əsas namizəddi.

Fanat.Az xəbər verir ki, informasiyanı "Diario Sport" yayıb.

Kataloniya klubunun başqanı Jozep Bartomeu argentinalı çalışdırıcının nəsil dəyişikliyini uğurla həyata keçirəcəyinə inanır. Bartomeu hələ yanvar ayında Poçettinoya baş məşqçi işini tapşırmaq istəmiş, amma həmin vaxt idman direktoru Erik Abidalın təkidi ilə bu vəzifə Enrike Setyenə verilmişdi.

Cənubi amerikalı mütəxəssis 3 illik müqavilə arzulasa da, ona mümkün rəhbərlik dəyişikliyi nəzərə alınaraq 1+1 şərti ilə anlaşma təklif edilib.

Mənbə komandanın superulduzu Lionel Messinin də Poçettino variantını dəstəklədiyini vurğulayıb.

"Barsa" rəhbərliyi Poçettino ilə yanaşı, daha bir neçə məşqçi ilə danışıq aparır. Onların arasında Niderland millisinin baş məşqçisi Ronald Kuman, "Yuventus"un sabiq çalışdırıcısı Massimiliano Alleqri və hazırda "Monreal İmpekt"də əsas söz sahibi olan Tyerri Anri də var.

"Əl-Sədd"in baş məşqçisi Xavi ilə anlaşmaq variantı isə aktual deyil. Klubun canlı əfsanəsi indiki durumda "Barsa"da baş məşqçi olmaq istəmir.

Fanat.Az

Mənbə: www.fanat.az