İsveç klubu “Qəbələ”nin üzvü ilə MARAQLANIR

İsveç klubu “Qəbələ”nin üzvü ilə

“Qəbələ”nin futbolçusu Emil Səfərov karyerasını ölkə xaricində davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, İsveçin “Kalmar” klubu yarımmüdafiəşi yaxından maraqlanır.

Qış fasiləsindən bəri həmyerlimizin oyununu diqqətdə saxlayan skandinaviya klubunun nümayəndələri keçidlə bağlı danışıqlara başlamaq niyyətindədir.

Qeyd edək ki, bu yaxınlarda millimizdə də debüt edən gənc futbolçuya “Neftçi” və “Qarabağ” da maraq göstərir.

Mənbə: bizim.media