Cənubi Koreya PUA-ların hazırlanması üçün bu sahəyə 2.3 milyard dollar sərmayə qoymağı planlaşdırır

Cənubi Koreya PUA-ların hazırlanması üçün bu sahəyə 2.3 milyard dollar sərmayə qoymağı planlaşdırır

Cənubi Koreya hərbi pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması üçün yaxın 10 ildə bu sahəyə 2.3 milyard ABŞ dolları sərmayə qoymağı planlaşdırır. Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Satınalma Proqramı İdarəsi məlumat yayıb.

Plana əsasən, ölkə istənilən missiyaları yerinə yetirmək üçün müxtəlif təyinatlı PUA-lar hazırlayacaq.

Qeyd olunur ki, ölkə 2022-ci ilə qədər kiçik hücum PUA-larının inkişafı üçün lazımi texnologiyaların təhlükəsizliyini təmin edəcək. Silah sistemlərinin faktiki inkişafının daha dörd il çəkəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az