Braziliyaya ilk “Gripen” döyüş təyyarəsi təhvil veriləcək

Braziliyaya ilk “Gripen” döyüş təyyarəsi təhvil veriləcək

İsveçin “Saab” şirkəti tərəfindən Braziliya Hərbi Hava Qüvvələri üçün istehsal olunan ilk JAS-39 “Gripen” döyüş təyyarəsi Braziliyaya göndərilib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Bildirilir ki, döyüş təyyarəsi “Elke” gəmisi ilə Braziliyaya doğru yola düşüb.

Xatırladaq ki, Braziliya və şirkət arasında 36 ədəd qeyd olunan təyyarələrin alınması ilə bağlı müqavilə imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az