“Facebook”un qalmaqalı hesabatı mətbuata sızdı – Hesabatda Azərbaycanın da adı var

“Facebook”un qalmaqalı hesabatı mətbuata sızdı – Hesabatda Azərbaycanın da adı var

“Facebook”un sabiq işçisi Sofia Zanqın şirkət üçün hazırladığı hesabat ifşa olub.

Avropa.info xəbər verir ki, hesabata görə “Facebook” əsas diqqəti saxta hesablara yönəldərkən, xarici dövlətlərin sosial şəbəkəni siyasi məqsədlərlə, geniş formatda pis niyyətlə istifadəsinin qarşısını almaqda elə də istəkli deyil.

Hesabatda Azərbaycan, Hindistan və Honduras kimi ölkələrədə həyata keçirilən irimiqyaslı siyasi manipulyasiyaların kifayət qədər araşdırılmadığı qeyd olunur. Braziliya, İspaniya və ABŞ-da milyonlarla saxta hesabın isə ifşa olunmadığı bildirilir.

Hesabatı yazan Zanq “Facebook”un Avropa və ABŞ xaricindəki ölkələrin siyasi taleyinə təsir edə biləcək psi niyyətli fəaliyyətləri vecinə almadığını bildirir.

“Facebook”un dürüstlük üzrtə sədr müavini Qay Rosen iddiaları rədd edərək, qlobal təhlükəsizliyə təhlükə yaradan hesablarla maraqlandığını, bəyənmələrlə maraqlanmadığını qeyd edib.

ABŞ mətbuatında çıxan xəbərlər üzündən Zanqın sentyabrın əvvəlində “Facebook”dan qovulduğu bildirilir.

Mənbə: avropa.info