ABŞ Ticarət Nazirliyinin “WeChat” əlavəsi ilə bağlı qərarı qüvvəyə minməyib

ABŞ Ticarət Nazirliyinin “WeChat” əlavəsi ilə bağlı qərarı qüvvəyə minməyib

Kaliforniya ştatında məhkəmə ABŞ Ticarət Nazirliyinin “Google”, “Apple” və digər ABŞ şirkətlərinin əlavələrinin bazarlarından Çinin “Tencent” şirkətinin “WeChat” messencerinin əlavəsinin çıxarılması barədə qərarının qüvvəyə minməsini dayandırıb.

APA-nın verdiyi məlumata görə, hakim Lorel Biler “WeChat” istifadəçilərinin iddiasını baxış üçün qəbul edib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin ötən cümə günü qəbul etdiyi qərara əsasən, sentyabrın 20-dən Çinin “Tencent” şirkətinin “WeChat” messencerinin əlavəsinin yüklənməsi qadağan idi.

Mənbə: www.bizimyol.info