Ukrayna ordusunun AN-26 hərbi nəqliyyat təyyarəsi təkmilləşdiriləcək

Ukrayna ordusunun AN-26 hərbi nəqliyyat təyyarəsi təkmilləşdiriləcək

Ukrayna Müdafiə Nazirliyi AN-26 hərbi nəqliyyat təyyarəsinin təkmilləşdirilməsi üçün “Antonov” şirkəti ilə müqavilə imzalayıb. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, şirkət nəqliyyat təyyarələrinə ABŞ istehsalı T-11 taktik paraşüt sistemi quraşdıracaq.

Təkmilləşdirmə noyabrın 1-dək yekunlaşacaq.

Sevinc Əliyeva
Ordu.az

Mənbə: ordu.az