Fransa, Almaniya və Rumıniyanın ortaq missiyası Rusiya üzərində müşahidə uçuşu həyata keçirəcək

Fransa, Almaniya və Rumıniyanın ortaq missiyası Rusiya üzərində müşahidə uçuşu həyata keçirəcək

Fransa, Almaniya və Rumıniyanın ortaq missiyası bu həftə Açıq Səma Müqaviləsi çərçivəsində Rusiya üzərində müşahidə uçuşu həyata keçirəcək. Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Nüvə Riskinin Azaldılması Mərkəzinin rəhbəri Sergey Rıjkov məlumat verib.

Bildirilir ki, müşahidə uçuşları 21-25 sentyabr tarixlərində baş tutacaq.

Müşahidə uçuşu Rumıniyanın An-30 təyyarəsi istifadə edilərək həyata keçiriləcək.

Bundan başqa, Rusiya 21-25 sentyabr tarixlərində Fransa ərazisi üzərində müşahidə uçuşu həyata keçirməyi planlaşdırırlar.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az