“Microsoft” korporasiyası “ZeniMax Media” şirkətini 7,5 mlrd. dollara alacaq

“Microsoft” korporasiyası “ZeniMax Media” şirkətini 7,5 mlrd. dollara alacaq

“Microsoft” korporasiyası ZeniMax Media” şirkətini 7,5 milyard dollara alacaq. Xatırladaq ki, dünyanın ən böyük video oyun inkişafetdiricilərindən biri olan “Bethesda” məhz bu şirkətə məxsusdur.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

 

“Bethesda”nın ən məşhur oyunlarına (Doom, The Elder Scrolls və Fallout) “Microsoft”un Game Pass xidmətində abunə olmaq mümkün olacaq. Bundan əlavə, Xbox istehsalçısının nəzarəti altına altı tərtibatçı keçəcək. Beləliklə, onların şirkətdəki ümumi sayı 15-dən 23-ə qədər artacaq.

“Bethesda Softworks”dən başqa müqaviləyə aşağıdakılar daxildir:

– Bethesda Game Studios (TES, Fallout).

– id Software (DOOM).

– ZeniMax Online Studios (TES Online).

– Arkane (Dishonored, Prey).

– MachineGames (Wolfenstein).

– Tango Gameworks (Ghostwire Tokyo, The Evil Within).

– Alpha Dog (mobil oyunlar).

– Roundhouse Studios.

Xatırladaq ki, bu yaxında “Microsoft” yeni konsollarını təqdim etmişdir – Series S və Series X. Bildirildiyi kimi, hazırda onları yalnız onlayn şəkildə sifariş etmək mümkündür.

Mənbə: banker.az