İsveçrədə bu bazar günü yeni döyüş təyyarələrin alınması ilə bağlı referendum keçiriləcək

İsveçrədə bu bazar günü yeni döyüş təyyarələrin alınması ilə bağlı referendum keçiriləcək

İsveçrə xalqı yeni döyüş təyyarələrinin alınması ilə bağlı keçiriləcək referendumda səs verəcək. Çoxları bu fikrə qarşı çıxır və ölkənin döyüş təyyarələrinə nə gücü çatdığını, nə də ehtiyac olduğunu söyləyir. İsveçrə parlamentinin deputatı Priska Seiler Qraf bildirir ki, İsveçrənin düşməni yoxdur: “Düşmənimiz kimdir? NATO ilə əhatə olunmuş kiçik bir neytral ölkəyə kim hücum edir?”.

Parlamentin Xalq Partiyasından olan deputatı millət vəkili Tomas Hurter İsveçrənin digər ölkələrə güvənmədən özünü qorumalı olduğunu bildirir: “Köhnə təyyarəni əvəz etmiriksə, deməli hava gücümüz yoxdur, artıq qorumamız yoxdur və konstitusiyamızı yerinə yetirə bilmərik”.

Referendum sentyabrın 27-də keçiriləcək. Referendumdan müsbət qərar çıxarsa, İsveçrə “Airbus” şirkətinin “Eurofighter”, “Dassault” şirkətinin “Rafale”, “Boeing” şirkətinin F/A-18 “Super Hornet” və ya “Lockheed Martin” şirkətinin F35-A “Lightning II” təyyarələrindən birini seçəcək.

Alınacaq platformalar üçün təxminən 6,6 milyard ABŞ dolları büdcə ayrılması planlaşdırılır.

Təyyarə İsveçrənin 2030-cu ildə istismardan çıxarılacaq F/A-18 “Hornet” donanmasını əvəz edəcək.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az