ABŞ Kosmik Qüvvələrinin 20 hərbi qulluqçusu Qətərə yerəşdirilib

ABŞ Kosmik Qüvvələrinin 20 hərbi qulluqçusu Qətərə yerəşdirilib

 

Yeni yaradılan ABŞ Kosmik Qüvvələrinin qoşunlarının ilk xarici yerləşdirilməsi həyata keçirilib. Ordu.az xarici KİV-lərə istinadə xəbər verir ki, Komsik Qüvvələrin 20 hərbi qulluqçusu Qətərdəki Əl-Udeid aviabazasına yerləşdirilib.

Tezliklə peykləri idarə edəcək, düşmən manevrlərini izləyən və kosmosdakı qarşıdurmaların qarşısını almağa çalışacaq “əsas kosmik operatorlar” birliyinə daha bir neçə heyət daxil olacaq.

Əl-Udeid Kosmik Qüvvələrinin direktoru Todd Benson yerləşdirmənin gələcək kosmik qarşıdurmaya hazırlaşmaq üçün lazım olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az