Avstraliya ordusuna 30-cu F-35 qırıcısı təhvil verilib

Avstraliya ordusuna 30-cu F-35 qırıcısı təhvil verilib

ABŞ-da yerləşən “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan 30-cu F-35A “Lightning II” döyüş təyyarəsi Avstraliya Hərbi Hava Qüvvələrinə təhvil verilib. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə təhvil verilməzdən əvvəl istehsal xəttində edilən bir sıra yoxlama və uçuş testlərindən keçirilib.

Qeyd edək ki, Avstraliya 72 ədəd F-35A təyyarəsi sifariş verib. İlk F-35A təyyarəsi 2018-ci ildə Avstraliya ordusuna təhvil verilib.

72 təyyarənin hamısının 2023-cü ilə qədər tam istismara verilməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

Mənbə: ordu.az