Britaniya sifariş verdiyi “Wedgetail” havadan erkən xəbərdarlıq təyyarələrinin sayını azaltmağı planlaşdırır

Britaniya sifariş verdiyi “Wedgetail” havadan erkən xəbərdarlıq təyyarələrinin sayını azaltmağı planlaşdırır

 

Böyük Britaniya “Boeing” şirkətindən sifariş verdiyi E-7 “Wedgetail” havadan erkən xəbərdarlıq təyyarələrinin sayını azaltmağı planlaşdırır. Ordu.az xəbər verir ki, bu barədə “Times” nəşrinin müdafiə sahəsi üzrə müxbiri Lusi Fişer yazıb.

O bildirir ki, Britaniya hökuməti sifariş olunan təyyarələrin sayının 5-dən 3-ə endirilməsi üçün “Boeing” şirkətinə müraciət edib.

Proqramın ilkin dəyəri 2019-cu ilin mart ayında 1,98 milyard dollar idi, lakin son 16 ayda dəyəri 2,68 milyard dollara qədər artırılıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az